11:03 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az. Google və PayPal süni intellekt (AI) ilə təchiz edilmiş ticarət və ödənişləri birgə inkişaf etdirməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, şirkətlər bu məqsədlə PayPal-ın rəqəmsal ödəniş həllərinin bir sıra Google məhsullarına inteqrasiyasını özündə ehtiva edən çoxillik əməkdaşlığa başlayıblar.
Google-un ana şirkəti Alphabet-in baş direktoru Sundar Piçai bildirib ki, PayPal xidmətləri təkmilləşdirmək və təhlükəsizliyi artırmaq üçün Google-un süni intellektindən istifadə edəcək.
Google da öz növbəsində PayPal-ın ödəniş imkanlarını daha da inteqrasiya edəcək.
PayPal-ın müəssisə ödənişləri bölməsi Google Cloud, Google Ads və Google Play kimi məhsullar vasitəsilə kart ödənişlərini emal edən əsas provayderə çevriləcək.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026