10:41 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) "Özəl sektor əməliyyatlarında inkişafa təsirin dərinləşdirilməsi" layihəsi çərçivəsində 2,19 milyon ABŞ dolları məbləğində texniki yardımın ayrılmasını təsdiqləyib.
ABC.AZ ADB-yə istinadən xəbər verir ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olmaqla 42 ölkəni əhatə edir.
Maliyyələşdirmə Xüsusi Texniki Yardım Fondu vasitəsilə təmin ediləcək.
Bankın məlumatına görə, bu texniki yardım ADB-in bütün inkişaf etməkdə olan üzv ölkələrində özəl sektor əməliyyatlarında layihələrin keyfiyyətinin artırılmasına yönəldiləcək.
"2030 Strategiyası çərçivəsində, regionumuzun qarşılaşdığı cari çağırışları nəzərə alaraq, ADB-nin üzv ölkələrə ərzaq təhlükəsizliyi problemlərinin həllində, rəqəmsal fərqin aradan qaldırılmasında, dayanıqlı enerji sistemlərinin inkişafında və iqlim dəyişikliyinə qarşı dayanıqlılığın gücləndirilməsində dəstək verməsinə təcili ehtiyac var. Bütün bu istiqamətlərdə daha cəsarətli, sürətli və sıx əməkdaşlıq içində hərəkət etmək lazımdır", - məlumatda qeyd olunub. (© Report)
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026