10:04 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az. Bu gün Sumqayıt şəhərinin Corat qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib. Qeyd edilib ki, fasiləyə səbəb yeni balans qovşağının quraşdırılmasıdır.
Odur ki, saat 11:30-dan etibarən işlər başa çatana qədər qəsəbədə 1200 abonentin qaz təminatı dayandırılacaq. (© Report)
8 Avqust 2026
8 Avqust 2026