2026-cı ildə Azərbaycan neftinin büdcə qiyməti 65 dollar olacaq

10:25 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Bu barədə ABC.AZ, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadla xəbər verir .

Bu, 2025-ci illə müqayisədə 5 ABŞ dolları azdır.