09:29 - 16.09.2025
16 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarətdə etalon markaların qiyməti artmağa davam edir.
Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:25-ə olan məlumata görə $0,08 (0,12%) artaraq bir barel üçün $67,52-a yüksəlib. Sentyabrın 15 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,45 (0,67%) artaraq bir barel üçün $67,44-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçersləri saat 09:25-ə olan məlumata görə $0,11 (0,17%) artaraq bir barel üçün $63,41-a yüksəlib. 15 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $0,61 (0,97%) – bir barel üçün $63,30-a yüksəlib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026