17:22 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 125 min 203,71 ton neft koksu ixrac edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 38 milyon 337,15 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,2 % az və 2,9 dəfə çoxdur.
Ötən 8 ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,22 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,4 % azalıb, idxal isə 17,9 % artıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026