16:23 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. Sumqayıt şəhərinin bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib
Bildirilib ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində 57 mm-lik qaz xəttində yaranan sızmanın aradan qaldırılması ilə əlaqədar 550 abonentin qaz təchizatı saat 16:00-dan etibarən işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.
8 Avqust 2026
8 Avqust 2026