10:57 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. “Cənub Qaz Dəhlizi” QSC (SGC) törəmə şirkətlərindən biri olan “TANAP” A.Ş.-dən 479.17 milyon ABŞ dolları həcmində dividend alıb.
ABC.AZ xəbər verir ki, bunu qaz kəməri opratorunun illik hesabatında qeyd edilib.
“TANAP” buna qədər SGC-yə dividend ayırmamışdı və keçən il ödənilən dividendin həcmi 814.59 milyon manat ekvivalentindədir.
“TANAP” layihəsində Cənub Qaz Dəhlizi QSC 51%, STEAŞ 7%, BP 12% və Türkiyənin BOTAŞ şirkəti 30% paya malikdir.
SGC özü də 2025-ci ildə ilk dəfə dövlətə 396.2 milyon manat məbləğində dividend ödəməlidir.
SGC 2024-cü il üzrə hesabat ilini 1.7 milyard ABŞ dolları həcmində xalis mənfəətlə və 2023-cü il ilə müqayisədə 33.9% artım ilə başa vuraraq cəmi kapitalını 15.9% böyüdüb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026