Azərbaycanda mis konsentratının istehsalı 20 dəfədən çox artıb

15:12 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanda metal filizlərinin hasilatında əhəmiyyətli dəyişikliklər müşahidə olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat dərc edib.

Mis konsentratının istehsalı 2 270,6 ton təşkil edərək əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 dəfə  artıb.

Gümüş istehsalı 2 746,1 kiloqram səviyyəsində qeydə alınaraq 33,2% artım göstərib. Qızıl hasilatı isə 2 113,4 kiloqram olub və əvvəlki dövrə nisbətən 43,1% artıb.