15:00 - 12.09.2025
12 sentyabr, Fineko/abc.az. Bakıda “Avropa Mobillik Həftəsi” çərçivəsində “Avtomobilsiz gün” təşkil olunacaq.
ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə sentyabrın 16-22-də davamlı hərəkətliliyə yönələn tədbirlər və “Avtomobilsiz Gün” keçiriləcək.
Tədbirlər çərçivəsində mikromobillik və piyada zolaqlarının təhlükəsizliyi yoxlanılacaq, yeniyetmə və tələbələrə təhlükəsiz skuter sürmə təlimi keçiriləcək, veloyürüş təşkil olunacaq.
Bundan başqa, orta və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə sessiyaları keçiriləcək. Uşaqlar üçün avtobusla şəhər turu təşkil olunacaq. Məqsəd yol hərəkəti və yol nişanlarının izah olunmasıdır.
Sentyabrın 21-də isə Məhəmməd Naxçıvani küçəsində “Avtomobilsiz gün” təşkil olunacaq. Mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, əhali üçün test sürüşləri və təlimlər keçiriləcək.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026