Bu stansiya 2026-cı ilin sonuna qədər istifadəyə veriləcək

14:13 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. Bakı Metrosunda Bənövşəyi xəttin “B-4” stansiyasının tikinti işləri davam etdirilir.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

“Stansiyanın 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub”, – deyə o əlavə edib.