10:18 - 12.09.2025
12 sentyabr, Fineko/abc.az. Azərbaycan və Ermənistan regional xarici siyasət risklərində gözlənilən azalmadan faydalanır, Qazaxıstan və Özbəkistan isə gözləniləndən daha yaxşı artım nümayiş etdirir.
ABC.AZ xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qrupu olan “ING Group” proqnoz verib. Sözügedən qrupun proqnozundan bildirilib ki, MDB-yə daxil olan 4 ölkənin iqtisadiyyatları qlobal çağırışlar fonunda dayanıqlı olaraq qalır.
ING analitiklərinin fikrincə, Azərbaycanla sülh sazişinin imzalanması əhval-ruhiyyə üçün mühüm müsbət amil ola bilər, lakin Ermənistanda iqtisadi effekt razılaşmaların praktiki icrasından asılı olacaq.
Məlumata görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı ötən illə müqayisədə daha mülayim artım templəri nümayiş etdirir. İyulda ÜDM yanvar-iyun aylarında illik 1,5 % artdıqdan sonra 2,3% azalıb. Analitiklər, stimullaşdırıcı büdcə və kredit siyasətlərinə baxmayaraq, güclü 2024-cü ildən sonra dinamikanın bir qədər zəiflədiyini qeyd edirlər. (© Report)
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026