Dubayda dünyanın ən hündür hoteli fəaliyyətə başlayacaq

10:01 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. Dubayda dünyanın ən hündür hoteli açılacaq.

ABC.AZ xəbər verir ki, məlumata görə, hotel “Ciel Dubai Marina” adlanacaq.

Hündürlüyü 377 metr olan, 82 mərtəbəli “Ciel Dubai Marina” Dubayda yerləşən əvvəlki rekordçu – 356 metrlik, 75 mərtəbəli “Gevora Hotel”i geridə qoyacaq.

Binanın konsepsiyasını memarlıq bürosu NORR hazırlayıb və onu “iynə ucu” formasında dizayn etməyi təklif edib. Tikinti “Dubai Marina” bölgəsində aparılır. Ümumilikdə binada 1004 otaq olacaq, onlardan “Palm Jumeirah” adalarına və Fars körfəzinə mənzərə açılacaq.