15:05 - 11.09.2025
11 sentyabr, Fineko/abc.az. Qarabağ və Şərqi Zəngəzurda 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır.
ABC.AZ Azərtac-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında deyib.
O qeyd edib ki, Şərqi Zəngəzur və Qarabağ üzrə 10 şəhər və 79 yaşayış məntəqəsinin su təchizatının təmin olunması üçün layihə-smeta sənədləri artıq təsdiqlənib, Xaçınçay, Köndələnçay anbarları bərpa olunub. Zabuxçay su anbarının inşası və Zabuxçaydan çıxan 51 kilometr uzunluğunda magistral boru xəttinin inşası həyata keçirilib.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026