14:23 - 10.09.2025
10 sentyabr, Fineko/abc.az. Cari maliyyə ilinin birinci yarısında (1 fevral — 31 iyul 2025-ci il) “Zara” və “Bershka” markalarına sahib olan İspaniyanın “Inditex” geyim mağazaları şəbəkəsinin xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% artıb.
ABC.AZ xəbər verir ki, məlumata görə, xalis mənfəət 0,8% artaraq 2,791 milyard avroya çatıb.
"Satışlar 2024-cü ilin birinci yarısı ilə müqayisədə 1,6% artaraq 18,357 milyard avroya çatıb”, — deyə məlumatda qeyd olunur.
27 İyul 2026
27 İyul 2026