Veb səhifəsi Azərbaycan serverlərində yerləşdirilmiş müəssisələrin sayı 29 ədəd artıb

16:43 - 8.09.2025


8 sentyabr, Fineko/abc.az. Ötən il veb səhifəsi Azərbaycan serverlərində yerləşdirilmiş müəssisələrin sayı əvvəlki ilə nisbətən 29 ədəd və ya 1,8 % artaraq 1 677-ə çatıb.

ABC.AZ xəbər verir ki, bunların 27-si (dəyişməyib) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 13-ü (dəyişməyib) mədənçıxarma sənayesi, 119-u (1 ədəd çox) emal sənayesi, 13-ü (1 ədəd çox) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 15-i (dəyişməyib) su təchizatı; tullantıların təmizlənməsi və emalı, 77-si (3 ədəd çox) tikinti, 158-i (2 ədəd çox) ticarət; nəqliyyat vasitələrinin təmiri, 45-i (dəyişməyib) nəqliyyat və anbar təsərrüfatı, 38-i (1 ədəd çox) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 112-si (1 ədəd çox) informasiya və rabitə, 340-ı (3 ədəd çox) maliyyə və sığorta fəaliyyəti, 24-ü (1 ədəd çox) daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 135-i (3 ədəd çox) peşə, elmi və texniki fəaliyyət, 70-i (2 ədəd çox) inzibatı və yardımçı xidmətlərin göstərilməsi, 239-ü (6 ədəd çox) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 68-i (1 ədəd çox) təhsil, 63-ü (1 ədəd çox) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 61-i (1 ədəd çox) istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və 58-i (2 ədəd çox) digər sahələrdə xidmət göstərən müəssisələrə məxsus olub.