14:47 - 5.09.2025
5 sentyabr, Fineko/abc.az. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru "Andina" informasiya agentliyinə müsahibə verib.
ABC.AZ xəbər verir ki, o enerji əməkdaşlığını ikitərəfli münasibətlərin mühüm aspekti adlandırıb:
"Biz enerji sahəsində əməkdaşlığı genişləndiririk. Peruya neft satırıq və mayeləşdirilmiş təbii qaz alırıq, həmçinin dünya bazarında mayeləşdirilmiş təbii qaz ticarəti aparırıq. Son iki ildə Azərbaycan və Peru arasında enerji sahəsində əhəmiyyətli sazişlər olub. Bu, XİN-də ilk siyasi məsləhətləşmələr çərçivəsində müzakirə etdiyimiz mövzulardan biridir".
Diplomat, həmçinin qeyd edib ki, Azərbaycan Latın Amerikasının bir sıra ölkələri ilə iqtisadi əlaqələri, o cümlədən neft və gübrə ticarətini fəal şəkildə inkişaf etdirir. (© Report)
27 İyul 2026
27 İyul 2026