Neft ucuzlaşır, Brent bir barel üçün $66,86 təşkil edir

09:19 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:15-ə olan məlumata görə $0,13 (0,19%) azalaraq bir barel üçün $66,86-a düşüb. 4 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,61 (0,90%) – bir barelə $66,99-a qədər ucuzlaşıb.

NYMEX əmtəə birjasının ticarətində oktyabr WTI neftininoktyabr fyuçerslərinin qiyməti saat 09:15-ə olan məlumata görə, $0,17 (0,27%), bir barelə $63,31-a düşüb. Sentyabrın 4-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $0,49 (0,77%) ucuzlaşaraq bir barelə $63,48-a düşüb.