Neft ucuzlaşır, Brent bir barelə $67,10 təşkil edir

09:50 - 4.09.2025


4 sentyabr, Fineko/abc.az. Cümə axşamı keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neftin noyabr fyuçerslərinin ICE Futures birjasında qiyməti saat 09:48-ə olan məlumata görə, $0,50 (0,74%) azalaraq bir barel üçün $67,10-a düşüb. 3 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $1,54 (2,23%) – bir barel üçün $67,60-a qədər ucuzlaşdı.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti  saat 09:48-ə olan məlumata görə, $0,52 (0,81%), bir barel üçün $63,45-a düşüb. Sentyabrın 3 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $1,62 (2,47%) ucuzlaşaraq bir barel üçün $63,97-a düşüb.