10:29 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. İran günəş enerjisini inkişaf etdirməyi planlaşdırır. Ölkə hakimiyyəti "yaşıl" enerji mənbələrini ümumi həcmdə 15%-ə çatdırmaq niyyətindədir.
ABC.AZ xəbər verir ki, hökumətin planlarına görə, ölkə il ərzində "yaşıl" enerji gücünü 7000 meqavata çatdırmalıdır.
Üç il ərzində yaşıl enerjinin ümumi həcmindəki payını 15%-ə qədər artırmaq planları da bildirilir. Bunun günəş enerjisi hesabına həyata keçirilməsi planlaşdırılır.
Ölkə hakimiyyəti enerji obyektlərinin zəmanətli alınması ilə bağlı müqavilələr təklif edərək investorlarla da fəal əməkdaşlıq edir. Bu, sahibkarları yüksək gəlirlə cəlb edir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026