17:05 - 2.09.2025
2 sentyabr, Fineko/abc.az. "Moody's"in qiymətləndirməsinə görə, Azərbaycan və Özbəkistan bərpa olunan enerji sahəsində regional liderlərə çevrilirlər.
ABC.AZ xəbər verir ki, Mərkəzi Asiya və Qafqazda regiondaxili ticarətin artması enerji əlaqələrinin gücləndirilməsi üçün əhəmiyyətli potensialı vurğulayır.
Lakin bu sahədə məhdud imkanlar və enerji resurslarının kifayət qədər şaxələndirilməməsi regionun elektrik enerjisinə artan tələbatı ödəmək qabiliyyətini məhdudlaşdırır.
"Məsələn, Ermənistan əsas qaz təchizatçısı olan Rusiya ilə münasibətlərin pisləşməsindən sonra enerji islahatlarını sürətləndirmək və təchizatı şaxələndirmək məcburiyyətində qalıb", - hesabatda vurğulanıb.
8 Avqust 2026
8 Avqust 2026