16:16 - 2.09.2025
2 sentyabr, Fineko/abc.az. Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq.
ABC.AZ-ın banka istinadən verdiyi məlumata görə, bunu AIIB-in prezidenti və Direktorlar Şurasının sədri Cin Liqun Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi haqqında birgə bəyannamənin imzalanması zamanı bildirib.
"Azərbaycan AIIB-in təsisçilərindən biri kimi əvvəldən bizim üçün dəyərli tərəfdaş olub. AIIB ölkənin inkişafına dəstəyi davam etdirməyə sadiqdir və onun yüksək artım potensialını qəbul edir. Birgə bəyannamə qarşılıqlı əlaqəli gələcəyin formalaşdırılmasına yönəlmiş uzunmüddətli investisiya proqramı hazırlamağa dair səylərimizi əks etdirir. AIIB Azərbaycanla həm ölkə daxilində, həm də regionda onun milli prioritetlərini və infrastrukturunun inkişafını dəstəkləmək üçün işləməyi səbirsizliklə gözləyir", - o vurğulayıb.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026