Neft bahalaşır, Brent bir barel üçün $68,47 təşkil edir

10:34 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı hərracda etalon markaların qiyməti artır.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:49-a olan məlumata görə $0,32 (0,47%) artaraq bir barel üçün $68,47-a yüksəldi. Sentyabrın 1 – də keçirilən hərracların nəticələrinə görə, noyabr üçün Brent fyuçersləri $0,67 (0,99%) artaraq bir barel üçün $68,15-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI  neftunin oktyabr fyuçerslərinin qiyməti saat 09:49-a olan məlumata görə $0,36 (0,56%) artaraq bir barel üçün $64,97-a yüksəldi. 1 sentyabr bazar ertəsi günü ABŞ-da tətilə görə NYMEX-də əsas ticarət aparılmayıb.