09:48 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neft noyabr fyuçersləri ICE Futures birjasında qiyməti saat 09:30-a olan məlumata $0,27 (0,40%) azalaraq bir barel üçün $67,21-a düşüb. Avqustun 29-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,50 (0,74%) azalaraq bir barel üçün $67,48-a enib.
Saat 09:30-a olan məlumata əsasən, NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,22 (0,34%), bir barel üçün $63,79-a düşüb. Avqustun 29-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr ayı üçün fyuçersləri $0,59 (0,91%) ucuzlaşaraq bir barel üçün $64,01-a düşüb.
Ötən həftə Brent markalı neft 0,39%, WTI nefti isə 0,55% bahalaşıb. Avqust ayında hər iki marka 6% ucuzlaşıb.
8 Avqust 2026
8 Avqust 2026