11:34 - 29.08.2025
29 avqust, Fineko/abc.az. 2025-ci ilin ötən dövründə Sumqayıt şəhərində ümumi məhsul istehsalı 2015-ci illə müqayisədə 6 dəfə artaraq 850 milyon manatdan 5 milyard 100 milyon manata yüksəlib.
ABC.AZ xəbər verir ki, sənaye məhsulu istehsalının həcmi isə 8 dəfə artaraq 4 milyard manata çatıb.
Bu illər ərzində orta aylıq əməkhaqqı 400 manatdan 850 manata qədər artıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi də 140 milyon manatdan 420 milyon manata yüksələrək 3 dəfə artıb.
Əhali sayında da artım müşahidə olunub. 2015-ci ildə 336 min nəfər olan şəhər əhalisi 2025-ci ildə 428 min nəfərə çatıb. Məşğul əhalinin sayı isə 100 mindən 190 min nəfərə qədər artıb.
Bildirilib ki, sənaye müəssisələrinin sayı da əhəmiyyətli dərəcədə çoxalıb. 2015-ci ildə 124 müəssisə fəaliyyət göstərirdisə, 2025-ci ildə bu göstərici 327-yə çatıb.
Adambaşına düşən illik gəlir 2015-ci ildə 3 400 manat olduğu halda, 2025-ci ildə 5 600 manata yüksəlib. (Report)
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026