16:01 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda icbari sığorta növləri üzrə sığorta şirkətlərinin yığımları 221,357 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 11,9 milyon manat və ya 5,7% çoxdur.
Eyni zamanda, hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin həcmi 80,595 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-iyul aylarındakı göstərici ilə müqayisədə 8,8 milyon manat və ya 12,2% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı yığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 milyon manat və ya 20,7% artım deməkdir. (C) Trend.az
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026