Paşinyan brifinq keçirdi - Sülhdən danışdı

14:15 - 28.08.2025


28 avqust, Fineko/abc.az. Azərbaycan və Ermənistan arasında sülhün qurulması barədə bəyanatlar tərəflər arasında fikir ayrılıqlarının olmaması demək deyil.

ABC.AZ xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

“Sülhün bərqərar olduğunu deməyimiz o demək deyil ki, tərəflərin bir-birinə sualları qalmayıb. Heç vaxt münaqişə yaşamadığımız və dostluq əlaqələri qurduğumuz dövlətlərlə münasibətlərimizdə bir-birimizə suallarımız yaranır”, – o vurğulayıb.

Baş nazir əlavə edib ki, dövlətlərarası münasibətlərin qurulması və inkişafı prosesi “dinamikdir”.