ABŞ-ın reytinq agentliyi “PAŞA Sığorta”nın bazar profilini məhdud hesab edir

10:15 - 28.08.2025


28 avqust, Fineko/abc.az. “AM Best” Reytinq Agentliyi “PAŞA Sığorta”nın bazar profilini məhdud hesab edir.

ABC.AZ xəbər verir ki, Agentliyin analizində qeyd edilib ki, sığorta şirkəti daxili qeyri-həyat sığorta bazarında liderdir, lakin fəaliyyət portfeli coğrafi və məhsul üzrə yüksək cəmləşmə ilə xarakterizə olunur.

"Son illərdə idarəetmə və risklərin idarə olunması çərçivəsinin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb" - deyə Agentlikdən bildirilir.

Xatırladaq ki, baş ofisi ABŞ-də olan “AM Best”reytin agentliyi sığorta sektorunda ən nüfuzlu reytinq agentliklərindən biri hesab olunur. “AM Best”in reytinqləri investorlar, brokerlər, sığorta alıcıları və tənzimləyicilər tərəfindən geniş istifadə olunur. Dünyada bir çox iri sığorta şirkətləri (Allianz, AXA, Zurich və s.) AM Best tərəfindən qiymətləndirilir.

Müəllif: Elmir Murad