15:26 - 1.10.2018
1 oktyabr, Fineko/abc.az. Xarici vətəndaşların Azərbaycandakı xərcləri ötən ilə nisbətən 26% artıb.
İqtisadi İslahatlar və Kommunikasiya Təhlil Mərkəzinin araşdırmalarına əsasən, yanvar-avqust aylarında Azərbaycana gələn əcnəbilər bank kartları vasitəsilə 888 milyon manat məbləğində əməliyyatlar həyata keçirmişlər.
“Keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar-avqust aylarında ölkəmizə gələn xarici vətəndaşların və Azərbaycanda vətəndaşlığı olmayan vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 184 milyon manat və ya 26% artıb. Avqustda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 141 milyon manat olub və ötən ilin avqust ayı ilə müqayisədə 39% artıb”, - deyə icmalda bildirilir.
Yanvar-avqust aylarında dünyanın 193 ölkəsindən 1976,9 min əcnəbi Azərbaycana gəlib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,5% çoxdur.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026