12:32 - 18.08.2025
18 avqust, Fineko/abc.az. Azərbaycanda cari ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 2 282 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ verilən məlumata görə, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Qeyd olunur ki, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 4,2% azalaraq 223,5 min ton olub.