Əsas kapitala yönəldilmiş investisiyalar 3%-dən çox artıb

15:03 - 11.08.2025


11 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında əsas kapitala 9911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib.

Dövlət Statisitka Komitəsindən ABC.AZ verilən məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15,0 faiz artıb. İstifadə olunmuş investisiyanın 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 3335,2 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 7822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.