14:15 - 8.08.2025
8 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 289 milyon manat çox olmaqla 4 milyard 665 milyon manat təşkil edib.
Bu barədə ABC.AZ quruma istinadla xəbər verir.
Qeyd olunur ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 281 milyon manat artaraq 3 milyard 712 milyon manat olub.
Yanvar-iyul aylarında DSMF-nin xərcləri 4 milyard 380 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 375 milyon manat çoxdur.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026