Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 mlrd. manatdan çox  olub  

17:20 - 6.08.2025


6 avqust, Fineko/abc.az. İndiyədək ölkə ərazisində 107 min 755 ədəd belə NKA quraşdırılıb.

Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.

Qeyd olunur ki, 2025-ci ilin yanvar – iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 190 milyon 580,2 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.