Dövlət büdcəsinin profisiti 13%-dən çox artıb

16:40 - 6.08.2025


6 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23,5 milyard manat təşkil edib.

Bu barədə ABC.AZ  Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, yeddi aylıq proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib.

Eyni zamanda dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20,6 milyard manat proqnoza qarşı 19,9 milyard manat məbləğində icra edilib ki, bu da 96,9 faiz təşkil edir.
Beləliklə, cari ilin ilk 7 ayında büdcədə 3 milyard 536,3 milyon manat profisit yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.