16:29 - 10.11.2017
10 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfər çərçivəsində bir sıra obyektin açılışında iştriak edib.
Dövlət başçısı “Grand Qafqaz” ticarət kompleksinin açılışında iştirak edib. Ticarət kompleksinin inşası 2014-cü ilin may ayında başlanmış, 2017-ci ilin oktyabr ayında isə başa çatdırılmışdır.
Həmçinin İlham Əliyev “Gəncə Mall” yeni ticarət mərkəzinə baş çəkib, İsmət Qayıbov adına orta məktəbin binasında aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Prezient həmçinin Gəncə Dövlət Filarmoniyasının yeni binasının və Azərbaycan Dövlət Aqrar Universitetinin yeni inşa olunan yataqxana kompleksinin açılışında iştirak edib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026