17:15 - 29.07.2025
29 iyul, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Böyük Britaniya hakimiyyətini Şimal dənizində neft quyularının qazılmasına investisiyaların artırılmasına çağırıb.
ABC.AZ xəbər verir ki, onu Birləşmiş Krallığın əsas "xəzinəsi" adlandırıb.
"Şimal dənizi nefti Böyük Britaniya üçün xəzinədir. Lakin vergilər o qədər yüksəkdir ki, bunun mənası yoxdur. Əslində onlar qazıcılara və neft şirkətlərinə "sizə ehtiyacımız yoxdur" dedilər. Qazıcıları təşviq edin və tez olun. İngiltərə böyük bir sərvət qazana bilər, insanlar isə enerji üçün daha az pul ödəyəcəklər!"- deyə Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb.
3 Avqust 2026
1 Avqust 2026