Samsung Tesla üçün 2033-cü ilə qədər çip müqaviləsi bağlayıb

14:16 - 28.07.2025


28 iyul, Fineko/abc.az. Samsung şirkəti Tesla ilə 2033-cü ilə qədər mikroçip istehsalına dair 16,5 milyard dollarlıq müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, Tesla ilə yeni müqavilə Samsung-un mikroçip istehsalçıları bazarındakı mövqeyini itirməsi fonunda bağlanıb.

Hazırda şirkət mikroelektronika istehsal gücünü tam yükləmək üçün kifayət qədər sifariş almır.

Yüksək tələbat fonunda rəqib TSMC, əksinə, resurs çatışmazlığı və sifarişlərin icrasında gecikmələrlə üzləşir.