16:37 - 23.07.2025
23 iyul, Fineko/abc.az. Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı üçün prosedurlar sadələşdirilir.
ABC.AZ xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.
"Yeni qaydalara əsasən, 2021-ci il yanvarın 1-dək texniki inventarlaşdırma idarələri tərəfindən verilmiş və tərkibində torpaq sahəsinin ölçüləri göstərilən çıxarış və pasport sənədləri hüquq müəyyənedici sənəd kimi qəbul olunacaq", - N. Alimova vurğulayıb.
Onun sözlərinə görə, həmin sənədlərlə müraciət edən vətəndaşlar eyni zamanda həm torpaq sahəsini, həm də tikilini qeydiyyatdan keçirə biləcəklər:
“Bundan sonra qeydiyyat üçün tikilinin əvvəlcədən sistemdə tanınıb-tanınmaması şərti aradan qaldırılır”. (Report)
12 Avqust 2026