15:19 - 23.07.2025
23 iyul, Fineko/abc.az. Slovensky plynarensky priemysel (SPP) 2026-cı ildən Rusiya Federasiyasından tədarüklər hesabına Slovakiyanın qaza olan tələbatını tam ödəməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu, AB-nin 2027-ci ilə qədər Rusiya yanacaqlarından imtina etmək üçün ümumi planlarına baxmayaraq, keçid dövründə idxal qadağasından azad edilməsi sayəsində mümkündür. Şirkət qeyd edir ki, Rusiya qazı ən sərfəli seçim olaraq qalır, baxmayaraq ki, tədarükün dayandırılması təqdirində alternativ ssenarilər də hazırlanır.