İranda ölkənin ən iri titan zavodu işə salınıb

15:17 - 18.07.2025


18 iyul, Fineko/abc.az. Kerman əyalətinin cənub hissəsində, təsdiqlənmiş 150 milyon ton ehtiyatı və 30 trilyon rial sərmayəsi olan Titan konsentratının istehsalı üçün Konuj mədən və zənginləşdirmə zavodu istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, açılış mərasimi ölkə Prezidentinin (videokonfrans vasitəsilə) və Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə baş tutub.

Sənaye, mədən və ticarət nazirinin sözlərinə görə,"Konuj Titan zavodu titan konsentratı istehsal edən unikal zavodlardan biridir."