14:24 - 18.07.2025
18 iyul, Fineko/abc.az. İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) ABC.AZ-a bildirilib ki, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.
Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.
8 Avqust 2026
8 Avqust 2026