16:14 - 17.07.2025
17 iyul, Fineko/abc.az. İsveçin avtomobil istehsalçısı "Volvo Car" bu ilin ikinci rübündə "EX90" və "ES90" avtomobillərinin istehsal və satış perspektivlərinə yenidən baxılması ilə əlaqədar birdəfəlik silinmələr səbəbindən xalis zərərə uğrayıb.
ABC.AZ xəbər verir ki, bu barədə "Volvo Cars"ın press-relizində məlumat paylaşılıb.
Məlumata əsasən, aprel-iyun aylarında xalis zərər 769 milyon dollar təşkil edib. Halbuki, keçən ilin eyni dövründə şirkət 5,35 milyard kron xalis mənfəət əldə edib.
Hesabat dövründə avtomobil satışları 12% azalaraq 181,6 min ədəd təşkil edib.
Şirkətin press-relizində bu ilin çətin makroiqtisadi mühit, artan rəqabət və tariflərlə bağlı qeyri-müəyyənlik səbəbindən avtomobil sənayesi və xüsusən də "Volvo Cars" üçün çətin il olduğu qeyd edilir.