Qurbanqulu Berdiməhəmmədov Füzuliyə səfər edib

11:38 - 17.07.2025


17 iyul, Fineko/abc.az. Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gedib.

ABC.AZ xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib.