Ermənistan Azərbaycanla sülhün bərqərar olmasına çalışır - Paşinyan

15:43 - 16.07.2025


16 iyul, Fineko/abc.az. "Ermənistan hakimiyyəti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasına çalışır və bu işdə respublika xalqının köməyinə ümid edir".

ABC.AZ xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

"Ermənistanla Azərbaycan arasında sülh olacaq, müharibə yox. Və mahiyyət etibarı ilə, biz bu məsələnin uzunmüddətli həlli üzərində işləyirik və işləməkdə davam etməliyik. Və ehtimal edirəm ki, erməni xalqı bu məsələdə bizə kömək edəcək, mən buna əminəm", - deyə Paşinyan qeyd edib.