15:53 - 14.07.2025
14 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 39 822 nəfər olub, bu da illik müqayisədə 0,6% azalma deməkdir.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin birinci yarısında taksi xidmətindən 40 062,5 müştəri istifadə edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,2% artaraq 900 898,5 min təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026