İran "Aftab-e Şərq" günəş stansiyasının ilk blokunu işə salıb

12:11 - 14.07.2025


14 iyul, Fineko/abc.az. İran İsfahanda yerləşən "Aftab-e Şərq" Günəş Elektrik Stansiyasının ilk blokunun tikintisinə 60 milyon avro sərmayə qoyub.
ABC.AZ xəbər verir ki, bu barədə stansiyanın açılış mərasimində çıxış edən ölkənin sənaye, mədən və ticarət naziri Məhəmməd Atabak bildirib.
O vurğulayıb ki, İranın özündə 120 MVt gücündə ilk blok üçün avadanlıq və komponentlərin təxminən 40%-i istehsal edilib.
Qalan stansiya bloklarının tamamlanması prioritet olaraq qalır, deyə nazir əlavə edib.
İsfahandakı yeni Günəş Elektrik Stansiyası dünyanın ən iri 25 stansiyasından biridir və “Mobarakeh Steel Company” şirkəti tərəfindən inşa edilir, ümumi investisiya həcmi 305 milyon avro təşkil edir. Gələcəkdə stansiyaməm beş bloku olacaq.