16:00 - 10.07.2025
10 iyul, Fineko/abc.az. Danimarka kapitallı “Carlsberg Azerbaijan” tərəfindən istehsalat sahəsi icarə müqaviləsi əsasında istismar olunan “Bakı-Pivə” ASC 2024-cü ili 119 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ xəbər verir ki, bu, 2023-cü ildə qeydə alınmış 291 min manatlıq xalis mənfəətlə müqayisədə 59.1% azalma deməkdir.
Gəlirlər dəyişməz qalaraq hər iki ildə də 488.7 min manat təşkil edib. Lakin inzibati xərclərdə ciddi artım müşahidə olunub.
2024-cü ildə bu xərclər 339.5 min manat olub, halbuki 2023-cü ildə bu göstərici 124.8 min manat idi. İki il öncə isə illik icarə haqqı 459 min manat idi.
“Bakı-Pivə”nin cəmi aktivləri də artaraq 3 milyon 632 min manatdan 3 milyon 785 min manata yüksəlib. Aktivlərin artımı əsasən uzunmüddətli aktivlərin, xüsusilə debitor borclarının artması hesabına baş verib.
Qısamüddətli aktivlər isə 708 min manatdan 634 min manata enib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026