EBRD: Azərbaycan “yaşıl artım” və əlaqəlilik sahəsində regional mərkəzə çevrilir

10:55 - 10.07.2025


10 iyul, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze ölkənin maliyyə qurumları ilə tərəfdaşlığın genişləndirilməsini vurğulayıb.

ABC.AZ xəbər verir ki, onun sözləri EBRD-nin Azərbaycan üzrə rüblük bülletenində yer alıb.

Bildirilib ki, bu, onların yerli biznesə kredit vermək və inklüziv iqtisadi artıma töhfə vermək imkanlarını gücləndirməyə yönəlib.

EBRD-nin Azərbaycandakı cari kredit portfeli mayın 31-nə 991 milyon avro məbləğində qiymətləndirilir.

Ümumilikdə EBRD Azərbaycanda 198 layihənin həyata keçirilməsinə 3,783 milyard avrodan çox investisiya yatırıb. Bankın kumulyativ ödənişləri 3,132 milyard avro təşkil edib.

Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,56 % (43 milyon avro) çoxdur.