09:20 - 10.07.2025
10 iyul, Fineko/abc.az. Etalon markaların qiymətləri bir gün əvvəl cüzi artımdan sonra cümə axşamı keçirilən hərracda zəif yüksəlir.
Brent markalı neftin sentyabr fyuçersləri ICE Futures birjasında saat 09:17-ə olan məlumata əsasən, $0,09 (0,13%) artaraq bir barel üçün $70,28-a yüksəlib. 9 iyul ticarətinin nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersləri $0,04 (0,06%) artaraq bir barel üçün $70,19-a yüksəldi.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:17-ə olan məlumata əsasən, $0,05 (0,07%) artaraq bir barel üçün $68,43-a yüksəlib. İyulun 9 – da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçersləri $0,05 (0,07%) artaraq bir barel üçün $68,38-a yüksəlib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026