İndiyədək İKZF-nin zəmanət verdiyi biznes kreditləri üzrə 4 defolt qeydə alınıb

16:58 - 9.07.2025


9 iyul, Fineko/abc.az. İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanət verdiyi biznes kreditləri üzrə 4 defolt halı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bunu media nümayəndələri ilə görüşdə Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov bildirib.

O qeyd edib ki, Fondun ənənəvi mexanizm çərçivəsində güclü anderrayter təhlil prosesi və kredit reytinq modeli var, yəni bank təhlilindən fərqli olaraq orta təhlil prosesi var.

"Bu səbəbdən də fondun keysindəki portfellər kifayət qədər sağlamdır. Qeydə alınan 4 defolt keysinə baxsaq, hamısı real keyslərdir, məsələn, yanğın baş verib, biznes yanaraq kül olub. Nümunə kimi götürsək digərləri də belə keyslərdir. Həmin keyslər üzrə ödənişləri tam təmin etmişik", - deyə o qeyd edib.

Müəllif: Elmir Murad